Bakıda sərnişin avtobusu 24 yaşlı piyadanı vurub

Bakıda sərnişin avtobusu 24 yaşlı piyadanı vurub
23:52 12 Noyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Bilgəh qəsəbəsində 172 nömrəli sərnişin avtobusu 1995-ci il təvəllüdlü Ülvi Abbasovu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtobus-24-yasli-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR