Boliviyada qarşıdurmalar başlayıb, ölənlər və xəsarət alanlar var

Boliviyada qarşıdurmalar başlayıb, ölənlər və xəsarət alanlar var
01:52 13 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Boliviyanın mərkəzi hissəsindəki Koçabamba şəhərində baş verən qarşıdurmalar zamanı azı 12 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Sahəsində Fövqəladə Vəziyyətlər üzrə Regional Departamentin başçısı Valeriyu Kamaçoya istinadən ABI agentliyi xəbər verib.
"Zərərçəkmişlərə gəlincə, 12 nəfər qeydə alınıb, hansılara ki, tibbi yardım göstərilib", - deyə Kamaço qeyd edib.
Yerli mətbuatın xəbərlərində bildirilir ki, qarşıdurmalar zamanı daha 2 nəfər öldürülüb.
Boliviyanın bütün rəhbərliyinin istefaya getməsindən sonra ölkənin böyük şəhərlərində qarışıqlıqlar yaranıb. La-Pas, Koçabamba və Santa Kraus kimi iri şəhərlərdə məmurların evlərinə hücumlar edilir, mənzillər yandırılır.
Zərərçəkənlərdən doqquzu kişi, üçü qadındır. Xəstəxanalara çatdırılanlar arasında üç nəfər güllə yarası alıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviyada-qarsidurmalar-baslayib-olenler-ve-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR