Bakıda sürücü idarəetməni itirərək qəza törədib

Bakıda sürücü idarəetməni itirərək qəza törədib
02:42 13 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində, Aeroport yolunda qeydə alınıb.
Belə ki, "90-UK-740" dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir maneəyə çırpılıb.
Sürücünün sözlərinə görə, qəzaya avtomobilin ön təkərinin partlaması səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-surucu-idareetmeni-itirerek-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR