Vəhşicəsinə öldürdüyü qadının yasında zülüm-zülüm ağladı - TƏFƏRRÜAT - FOTO

Vəhşicəsinə öldürdüyü qadının yasında zülüm-zülüm ağladı - TƏFƏRRÜAT - FOTO
02:43 13 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin sentyabr ayında Türkiyənin Zonquldak cilayətində baş verən qətlin təfərrüatı hər kəsi şoka salıb.

Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, 5 uşaq anası olan 69 yaşlı Sultan Biryanın eyiti ölümündən 5 gün sonra quyuda tapılandan sonra onun qatilinin axtarışı xeyli vaxt alıb. Nəhayət qadının üzərindəki bilərzik və sırğalarının zərgərlik dükanında tapılmasından sonra onun qonşuluqda yaşayan Ahmet S. Adlı şəxs tərəfindən öldürüldüyü məlum olub. İşsiz olan Ahmet qonşu qadını güdüb və onun tənha yerdə olmasından istifadə edərək çoxsaylı zərbələrlə öldürərək quyuya atıb.

Qatil daha sonra mərhum qadının evinə gələrək onun 86 yaşlı ərinə Sultanın axtarşlarına kömək etməyi təklif edib. Qadının meyiti tapılandan sonra isə qatil yas mərasimində iştirak edib və göz yaşlarına “hakim ola” bilməyib.

Qadının qohumlar qonşu kişinin yasda niyə bu qədər ağlamasını başa düşməsələr də, onun qatil ola biləcəyini təxmin etməyiblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/295933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR