Boliviya müxalifətinin rəhbəri Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib

Boliviya müxalifətinin rəhbəri Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib
04:17 13 Noyabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Boliviya müxalifətinin rəhbəri, prezident seçkilərində Evo Morelosa rəqib olmuş Karlos Mesa dövlət başçısı səlahiyyətlərini müvəqqəti olaraq icra edən Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
"Boliviyanın yeni konstitusion prezidenti Janin Anyesi təbrik edirəm. Bizim ölkəmiz onun gəlişi, demokratiyaya və qanuna çağırışla, sülhlə və şücətlə möhkəmləni", - deyə Mesa "Twitter"də yazıb.
Müxalifətçi senator Anyes bildirib ki, ölkə rəhbərliyinin istefasından sonra müvəqqəti olaraq Boliviya prezidentinin səlahiyyətlərini qəbul edir.
Qeyd edək ki, Boliviyada etirazlar fonunda bazar günü Evo Moralesin başçılığı ilə ali rəhbərlik istefaya gedib və Morales ölkəni tərk edib. Qanuna əsasən hakimiyyət senatın müxalifətçi vitse-spikeri qəbul etməlidir, amma onu parlament təsdiq etməlidir. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviya-muxalifetinin-rehberi-janin-anyesi-prezident-selahiyyetleri-ile-elaqedar-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR