Venesiyada suyun səviyyəsi 183 santimetrə qədər qalxıb.
Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, şəhər ərazisinin 80%-dən çoxu suyun altında qalıb. Məlumata görə, şəhər administrasiyası fövqəladə vəziyyət elan etməyə hazırdır.
1
ANSA xatırladıb ki, bundan əvvəl suyun daha yüksək səviyyəsi yalnız 1966-cı ildə qeydə alınıb. Həmin vaxt daşqınlar səbəbindən yalnız Venesiya yox, İtaliyanın Florensiya da daxil olmaqla, digər şəhərləri batıb. O zaman suyun qalxmasının rekord - 190 santimetr səviyyəsi qeydə alınıb.
Sakinlərə küçələrə çıxmamaq məsləhət görülüb.