DSMF-da 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib

DSMF-da 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib
18:14 16 Yanvar 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 25-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

 

 

Fondun sədri Elman Mehdiyev çıxış edərək, 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Qeyd edib ki, öz  xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları o gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. “Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə faciə günü yox, həm də müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsidir.” Həmin dövrdə baş verən tarixi prosesləri xatırladan E.Mehdiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciənin ertəsi gün ailə üzvləri ilə birgə ölkəmizin Moskvadakı nümayəndəliyinə gedərək, böyük bir cəsarətlə bu qanlı hadisələri törədən SSRİ rəhbərliyini qətiyyətlə pislədiyini və günahkarların cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Həmçinin,  Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

 

Fond sədri qeyd edib ki, 20 yanvar şəhidlərinin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğsı ilə əhatə olunması istiqamətində dövlət siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu  yöndə həyata keçirilən ardıcıl tədbirlərə toxunan  E.Mehdiyev vurğulayıb ki, faciə qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar verilib.  

 

Anım mərasimi  20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR