Nursultan Nazarbayev Avrasiya təhlükəsizlik modelinin yaradılmasını təklif edir

Nursultan Nazarbayev Avrasiya təhlükəsizlik modelinin yaradılmasını təklif edir
07:12 13 Noyabr 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Nur-Sultanda "Astana Club" beynəlxalq toplantısı keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Fondunun və Fondun nəzdindəki Dünya İqtisadiyyatı Və Siyasəti İnstitutu tərəfindən təşkil edilən beynəlxalq dialoq platforması dünyanın 50-dən çox nüfuzlu siyasətçisini bir araya gətirib.

"Böyük Avrasiya: qlobal əməkdaşlığın yeni memarlıq yolunda" mövzusunda keçirilən beşinci yığıncaqda Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev nüvə silahına qarşı qlobal liderlər alyansının yaradılmasını təklif edib. Diqqətə çatdırıb ki, dünyanın aparıcı elm adamları, nüfuzlu siyasətçilər, diplomatlar nüvə silahının yayılmaması istiqamətində səylərini birləşdirə bilərlər.

Nursultan Nazarbayev nüvə təhlükəsizliyi mövzusunda qlobal sammitin yenidən bərpa olunmasını və hər iki ildən bir keçirilməsini də təklif edib. Bildirib ki, Qazaxıstanın gələcəkdə sammiti təşkil etməyə hazırdır.

"ATƏT ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni (AGEM) birləşdirərək Avrasiya təhlükəsizlik modeli yaradıla bilər", - deyən Nursultan Nazabayev indi bunun əsl vaxtının olduğunu bildirib.

Ölkənin birinci Prezidentinin sözlərinə görə, bəzi aparıcı qüvvələr arasındakı qarşıdurma Avrasiya məkanında bir çox qaynar nöqtələrə ötürülür, bu isə Suriya və Ukraynadakı böhranların dinc yolla həlli prosesini çətinləşdirir.

Nursultan Nazarbayev Ukraynadakı böhranının həllinə nail olmaq üçün Rusiya və Ukrayna prezidentlərini Qazaxıstanda təkbətək görüşməyə dəvət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR