Feysbukda yenilik

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə salıb.

Mətbuat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, “Facebook Pay” xidməti insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz və etibarlı ödəniş aparma imkanı yaradacaq.

Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək. Nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Qeyd edək ki, “Facebook Pay” xidməti hələlik Amerika ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün aktivdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR