Keçibuynuzu bəhməzinin qızıldan qiymətli faydaları

Keçibuynuzu bəhməzinin qızıldan qiymətli faydaları
07:42 13 Noyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var - xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.

Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:

- Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.

- İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

- Yuxunu yaxşılaşdırır.

- Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.

- Sümükləri möhkəmləndirir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.

- Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.

- Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.

- Beyinin fəaliyyətinə müsbət təsir edir.

- Orqanizmə əlavə enerji verir.  

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.

Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/798803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR