"Instaqram"ın işində nasazlıqlar yaranıb

"Instaqram"ın işində nasazlıqlar yaranıb
08:12 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib.

Məlumata əsasən, sosial şəbəkənin işindən daha çox İngiltərə, ABŞ, Yunanıstan və Türkiyədə yaşayan istifadəçilər şikayətləniblər.

İstifadəçilərin təxminən 67 faizi xəbər lentinin yenilənməsində, 21 faizi hesaba daxil olmada, 17 faizi isə sayta daxil olmaqda problemlərin olduqlarını bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR