"Ford" 300 mindən çox avtomobili geri çağırıb

"Ford" 300 mindən çox avtomobili geri çağırıb
09:12 13 Noyabr 2019
50 Dünya
Ölkə mətbuatı
A- A+

"Ford" şirkəti Şimali Amerikada 337 min avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar ön oturacaqların çərçivələrinin iti uclara malik olması ilə əlaqədardır.

Belə ki, bu, sürücünün və sərnişin xəsarət alması ilə nəticələnə bilər. Bu günədək 30-a yaxın bu cür halın qeydə alındığı deyilir. Geri çağırılma 2017-ci ilin "Explorer" modellərinə şamil olunur.

Qərara əsasən 311 min avtomobil ABŞ-da, 23 min avtomobil Kanadada və 3 min avtomobil Meksikada geri çağırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR