"Aston Villa"nın uelsli oyunçusu Azərbaycan millisi ilə görüşə gələ bilməyəcək

"Aston Villa"nın uelsli oyunçusu Azərbaycan millisi ilə görüşə gələ bilməyəcək
09:22 13 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Uels millisi Azərbaycan və Macarıstan yığmaları ilə AVRO-2020-nin seçmə mərhələ oyunları ərəfəsində daha bir problemlə üzləşib.
“Report” “Sky Sports”a istinadən xəbər verir ki, Nil Teylor qarşıdakı matçlar üçün elan edilən heyətdən çıxarılıb. İngiltərənin “Aston Villa” klubunun formasını geyinən 30 yaşlı müdafiəçinin şəxsi işləri ilə əlaqədar kənarda qalacağı bildirlir.
Yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”, İngiltərə), Co Uilyams (“Sanderlend”, İngiltərə) və müdafiəçi Co Rodon (“Suonsi”, Uels) zədə üzündən heyətdə yer almayıblar. Co Allen (“Stok Siti”, İngiltərə) isə cəzalı olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Bundan 3 gün sonra britaniyalılar Macarıstanı qəbul edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aston-villa-nin-oyuncusu-azerbaycan-millisi-ile-oyuna-gele-bilmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR