Bakı polisi: Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır

Bakı polisi: Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır
09:47 13 Noyabr 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.
Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-polisi-yayilan-videogoruntulerle-bagli-arasdirma-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR