Trampdan Ərdoğana sanksiyalarla bağlı TƏKLİF

Trampdan Ərdoğana sanksiyalarla bağlı TƏKLİF
09:52 13 Noyabr 2019
113 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Türkiyəyə 100 milyard dollarlıq ticarət razılaşması və Rusiya zenit sistemlərini aldığına görə tətbiq edilmiş sanksiyalarla bağlı vəziyyəti həll etmək variantını təklif edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması təklifi ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanmış məktubda yer alıb.

Bu təklifin əvəzində Ankara Suriyadakı siyasətinə yenidən baxmalı, eləcə də C-400 məsələsini ABŞ-ın xeyrinə həll etməlidir.

Qəzetin həmsöhbətləri hesab edirlər ki, ABŞ Nümayəndələr Palatasında Trampın əleyhdarlarının bir hissəsi Ağ Evin təklifindən "qəzəblənəcək". Belə ki, qanunvericilər Suriyada hərbi əməliyyatlara görə Türkiyəyə qarşı sanksiyaların tətbiqini dəstəkləmişdilər.

Oktyabrın 23-də məlum olmuşdu ki, Türkiyə S-400 komplekslərinin bütün elementlərini planlaşdırılmış müddətdən qabaq alıb və Rusiya ilə əlavə tədarükləri müzakirə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR