BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb

BƏƏ və Azərbaycan arasında ticarət dövriyyəsi artıb
10:32 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayı ərzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22,56 faiz artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysi deyib.

Səfir bildirib: "İlk dəfə bu ölkəyə qədəm qoyarkən qarşıma məqsəd qoydum ki, iki ölkənin investor və biznes nümayəndələri arasında yüksək kommunikasiyaya nail olacağıq".

Onun sözlərinə görə, iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Azərbaycan və BƏƏ hökumətlərarası komissiyasında 2017-cildə 9 tərəfdaş şirkət təmsil olunurdusa, bu gun bu rəqəm 50 təşkilat və şirkəti keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/801872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR