“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb

“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb
10:35 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır. Bu haqda şirkətin rəsmi saytında informasiya yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Facebook Pay” adlandırılmış sistem “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da ödənişlər etməyə imkan verəcək.

 

Şirkətin rəsmiləri bildiriblər ki, istifadəçilər artıq mobil tətbiqlər vasitəsilə ödəmə əməliyyatları həyata keçirirlər, ancaq “Facebook Pay” xidməti bu tranzaksiyaları daha da asanlaşdıracaq. Məsələn, ödəmə informasiyasını hər dəfə yenidən daxil etməmək üçün onu yadda saxlamaq imkanı əlçatan olacaq.

 

Bu həftə “Facebook” və “Instagram” sosial şəbəkələrində istifadəyə veriləcək sözügedən sistem yalnız ABŞ sakinləri üçün əlçatan olacaq. Ancaq gələcəkdə digər ölkələrin istifadəçiləri də bu sistemdən yararlana biləcəklər.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64111-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR