Bakıda avtomobil yolunu bağlayan şəxslə bağlı araşdırmalara başlandı - VİDEO

Bakıda avtomobil yolunu bağlayan şəxslə bağlı araşdırmalara başlandı - VİDEO
10:47 13 Noyabr 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb. Videogörüntülərdə 1 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR