Gürcüstanın ixracı artıb, idxalı azalıb

Gürcüstanın ixracı artıb, idxalı azalıb
11:17 13 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 10 mlrd. 367,3 mln. dollar həcmində olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə bu həcm 0,5% artıb.
Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 10,4% artaraq 3 mlrd. 035,7 mln. dollar, idxalı isə 3,1% azalaraq 7 mlrd. 331,6 mln. dollar təşkil edib.
Bu ilin ilk 10 ayı ərzində qonşu ölkənin ticarət kəsiri 4 mlrd. 295,8 mln. dollara bərabər olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,4% təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-ixraci-artib-idxali-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR