Vatsapda rahat ÖDƏNİŞ apara biləcəksiniz - YENİ SİSTEM İŞƏ DÜŞDÜ

Vatsapda rahat ÖDƏNİŞ apara biləcəksiniz -  YENİ SİSTEM İŞƏ DÜŞDÜ
11:38 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

Publika.az azərtac-a istinadla xəbər verir ki, məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/295965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR