Donald Tramp Ağ Evin aparat rəhbərini işdən çıxarmaq niyyətindədir

Donald Tramp Ağ Evin aparat rəhbərini işdən çıxarmaq niyyətindədir
11:52 13 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp son bir neçə həftə ərzində Ağ Ev aparatının rəhbəri vəzifəsini icra edən Mik Malvenini vəzifəsindən azad etməklə hədələyib, lakin ABŞ liderinin köməkçiləri ona belə addım atmaqdan yayınmağı tövsiyə edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, prezidentin müşavirləri Ağ Ev aparatının rəhbərinin işdən çıxarılmasının demokratlar tərəfindən başladılan Trampın impiçmenti prosesi zamanı heç də yaxşı variant olmadığını iddia ediblər. Onlar demokratların indi impiçment prosedurunun bir hissəsi olaraq iclasa dəvət etmək istədikləri prezidentin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Boltonun istefasını misal gətiriblər.
Nəşr yazır ki, D.Tramp M.Malveninin Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı oktyabrın 17-də brifinqdə dediklərindən narazıdır. 
Xatırladaq ki, o vaxt Ağ Evin aparat rəhbəri "Kiyevin ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin oğlu ilə bağlı istintaq başlatması üçün onlara təzyiq etdik" demiş, ancaq brifinqdən dərhal sonra jurnalistlərin onun sözlərini təhrif etdiyini bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-ag-evin-aparat-rehberini-isden-cixarmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR