Salah millidən kənarlaşdırıldı - Zədəyə görə

Salah millidən kənarlaşdırıldı - Zədəyə görə
12:27 13 Noyabr 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un futbolçusu Məhəmməd Salah Misir millisinin düşərgəsini tərk edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb onun zədələnməsidir. Tibbi müayinədən keçən 27 yaşlı hücumçunun İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti" ilə matçda zədələndiyi məlum olub.

Onun Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya (14 noyabr) və Komor adaları (18 noyabr) ilə görüşləri buraxacağı bildirilib

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR