Oqtay Əsədovdan çıxış edən deputatlara xəbərdarlıq: “Sözünüz yarımçıq qalanda yaxşı çıxmır”

Oqtay Əsədovdan çıxış edən deputatlara xəbərdarlıq: “Sözünüz yarımçıq qalanda yaxşı çıxmır”
12:37 13 Noyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib.
“Report” xəbər verir ki, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib.
“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”- deyə spiker əlavə edib.
Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/oqtay-esedovdan-deputatlara-xeberdarliq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR