“Koroğlu”da halı pisləşən qadın xəstəxanaya çatdırıldı

“Koroğlu”da halı pisləşən qadın xəstəxanaya çatdırıldı
12:47 13 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər metronun "Koroğlu" stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən BNA əməkdaşları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər.

Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR