Azərbaycan güləşçisinin çıxış etdiyi komanda İranda çempion olub

Azərbaycan güləşçisinin çıxış etdiyi komanda İranda çempion olub
12:47 13 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb. 
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yəzd şəhərində keçirilmiş yarışda Eldəniz Əzizlinin çıxış etdiyi “İran Mall” çempion olub.
Azərbaycanlı dünya və Avropa çempionu yarış ərzində iki görüş keçirib. Əzizli əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. O, daha sonra Masib Əkbəriyəni üstələyib - 10:2. 
Qeyd edək ki, bu komanda dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-gulescisinin-cixis-etdiyi-komanda-i-randa-cempion-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR