Qlobal elektrik istehsalında 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrin payı 50%-ə çatacaq

Qlobal elektrik istehsalında 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrin payı 50%-ə çatacaq
12:52 13 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal elektrik istehsalı 2040-cı ildə keçən ilə görə 45,4% artaraq 38,7 milyard meqavat/saata çatacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Dünya Enerji Outlook 2019" hesabatında məlumat verilib.
Məlumata görə, 2040-cı ildə qlobal elektrik enerji tələbatı keçən ilə görə 50% artaraq 34,5 mlrd meqavat/saata çatacaq.
Qlobal elektrik enerjisinə olan tələbatda Asiya-Sakit Okean bölgəsi 18 mlrd meqavat/saatla I yerdə, sonrakı pillədə 5,6 meqavat/saatla Şimali Amerika qərarlaşacaq.
Hesabat dövründə bərpa olunan enerji mənbələrindən 26 mlrd meqavat/saat enerji istehsal olunacaq və ümumi istehsaldakı payı 50%-ə çatacaq.
Proqnozlara görə, bərpa olunan enerji mənbələri içində külək və günəş elektrik stansiyalarından 15,5 milyard meqavat/saat, su elektrik stansiyalarından isə 6,9 milyard meqavat/saat elektrik enerjisi təmin ediləcək


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qlobal-elektrik-istehsalinda-2040-ci-ilde-berpa-olunan-enerjinin-payi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR