Deputat: "Müdafiə büdcəsinin azaldılmasına yol verilməməlidir"

Deputat: "Müdafiə büdcəsinin azaldılmasına yol verilməməlidir"
13:03 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"2023-cü ilə qədər müdafiə büdcəmizin azaldılmasına yol verilməməlidir. Büdcəni ümumilikdə müsbət qiymətləndirirəm. Hesab edirəm ki, büdcə layihəsi beynəlxalq iqtisadi proseslər nəzərə alınaraq hazırlanıb".

Publika.az xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqda davam edən müzakirələrdə çıxış edərkən deyib. Tahir Kərimli təklif edib ki, maliyyə amnistisiyası verilsin. O, həmçinin BP və digər beynəlxalq təşkilatların büdcəyə nə qədər vergi ödəməsi ilə maraqlanıb: "Mənim bundan xəbərim yoxdur. Ancaq bu məlumatların açıqlanması müsbət olardı. İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqət etməlidir".

Millət vəkili eyni zamanda 2023-cü ilə qədər müdafiə sahəsinə ayrılan vəsaitin azaldılmasına etiraz edib: "Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər azaldılır? Biz sosial büdcənin artırılmasına sevinirik. Bu müsbət hadisədir. Amma müdafiə məsələləri də əhəmiyyətlidir".

Deputat seçildiyi Ağsu rayonunda zəlzələ olduğunu xatırladaraq bu hadisəyə dərhal reaksiya verən Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Bildirib ki, məhz ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsi və Fövqəladə Hallar Nazirliyinin aktiv işləməsi zəlzələnin nəticələrinin aradan qaldırılmasına səbəb olub.

Seçildiyi Ağsu rayonunda bəzi yolların çəkilməsinin vacibliyini bildirən Tahir Kərimli eyni zamanda siyasi partiyaların maliyyələşdirilməsi üçün məbləğin artırılmasının tərəfdarı olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/295977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR