Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb
13:07 13 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.
Məlumat əsasında dərhal polis əməkdaşları həmin ünvana gəlib, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeran-sakininden-kulli-miqdarda-narkotik-vasite-goturulub131119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR