Deputat: "Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"

Deputat: "Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"
13:32 13 Noyabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən özəl idman müəssiələrində qida əlavələri, proteinlər və müxtəlif kimyəvi maddələrin kortəbii şəkildə istifadə olunması hallarına rast gəlinir.

Milli.Az Trend-ə istinadən xəbə\r verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, bundan əlavə, bəzən insanlara çəki azaltmaq üçün müxtəlif vasitələrdən kortəbii şəkildə istifadənin reklam edilməsini görürük:

"Araşdırmalar göstərir ki, əslində bu vasitələrdən kortəbii istifadə ciddi xəstəliklərə, xüsusən də xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Mənşəyi məlum olmayan dərmanlara, qida vasitələrinə və onların reklamlarına mərkəzləşdirilmiş şəkildə nəzarət etmək yaxşı olardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR