"Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı - FOTO

"Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı - FOTO
13:37 13 Noyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Caspian Ecology" 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb. Sərgi "Caspian Event Organisers" şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Azərbaycan da daxil olmaqla sərgidə 10 ölkədən 60 şirkət iştirak edir.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 2010-cu ildən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan istifadənin optimallaşdırılmasına və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etməkdir.

"Caspian Ecology" 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi üç gün davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/801935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR