Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb

Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb
13:37 13 Noyabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev və Agentliyin aparat rəhbəri Zəkiyyə Mustafayevanın iştirakı ilə Bakıda fəaliyyət göstərən iri ticarət obyektlərinin sahibləri ilə görüş keçirilib.
Agentlikdən "Report"a bildirilib ki, “Ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda təşkil olunan görüşdə AQTA tərəfindən keçirilən monitorinqlər zamanı aşkarlanan faktların aradan qaldırılması ilə bağlı sahibkarlıq subyektlərinə bir sıra tövsiyələr verilib.
Diqqətə çatdırılıb ki, qanunvericiliyə uyğun olaraq yerli məhsullar qida təhlükəsizliyinə dair çıxarış, idxal olunan məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ticarət şəbəkələrinə daxil olmalıdır. Lakin AQTA-nın keçirdiyi monitorinqlər zamanı bu təlimatların, eləcə də məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb. 
Bildirilib ki, hər bir ticarət obyektinin sahibi bu təlimata əməl etməlidir. Eyni zamanda qeyd olunub ki, bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır. İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib.
Sonra “Yeyinti məhsulları haqqında” qanunun tələbləri barədə məlumatlar verilib. Sahibkarların sualları cavablandırılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/aqta-nin-kecirdiyi-monitorinqler-mehsullarin-markalanmasinda-telebleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR