Koreyanın müdafiə tədqiqat mərkəzində partlayış olub, ölən var

Koreyanın müdafiə tədqiqat mərkəzində partlayış olub, ölən var
14:02 13 Noyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Koreya Respublikasının Daeceon şəhərində yerləşən Müdafiə İnkişafı Agentliyinə aid elmi laboratoriyada baş verən partlayış nəticəsində 1 əməkdaş ölüb, 5 nəfər isə yaralanıb.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə 120-dək yanğın xidməti əməkdaşı cəlb edilib, araşdırma aparılır.
Koreya Milli Müdafiə Nazirliyinə məxsus olan həmin elmi mərkəzdə qabaqcıl silah növlərinin hazırlanmasına dair tədqiqatlar aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/koreyanin-mudafie-tedqiqat-merkezinde-partlayis-olub-olen-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR