Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb

Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
14:17 13 Noyabr 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov edib.

Onun sözlərinə görə, noyabrın 11-də yerli hökumət orqanlarının xatirə lövhəsinin sökülməsi üçün qoyulan ikihəftəlik müddət başa çatıb.

Deputat əvvəllər də vurğulamışdı ki, xatirə lövhəsi sökülməyəcəyi təqdirdə o, fərdi şəkildə bu məsələni həll edəcək.

Məsələ öz həllini tapmadığı üçün A.Vinoqradov fəal vətəndaş mövqeyi nümayiş etdirərək lövhəni qara rənglə boyayıb:

"Üçüncü reyxlə əməkdaşlıqla ləkələnən şəxslərə abidələr qoyulması alman-faşist işğalçıları ilə mübarizə aparmış xalqa təhqirdir. Əgər Qaregin Njde qəhrəmandırsa, onda ona xatirə lövhəsi qoyanlar kimdir?"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR