Əhalinin DİQQƏTİNƏ! -

Növbəti ildən ailə büdcəsinin xərclərinə yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalara ödənişlər deyil, sığorta haqqları da daxil olacaq.

Mətbuat.az bildirir ki, iqtisadçı ekspert Qubad İbadoğlu növbəti ilin büdcə xərclərinə nələrin daxil olmasına aydınlıq gətirib.

Q. İbadoğlu bildirib ki, minimum əmək haqqının 250 manata çatdrılmasından qaynaqlanaraq, artan sosial sığorta ödənişləri ilə yanaşı hər bir işləyənlər, özünə məşğul olanlar, fərdi sahibkarlar və mülkiyyət sahibi olan vətəndaşlar tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər:

“Belə ki, daşınmaz əmlaka görə məcburi sığorta haqqı Bakıda 50 manatdan regionlarda 30 manatadək müəyyənləşdirilib. Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər də hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər. Hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbi sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR