PA rəsmisi: Dünya dini liderlərinin Bakı sammiti kimi beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var

PA rəsmisi: Dünya dini liderlərinin Bakı sammiti kimi beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var
14:29 13 Noyabr 2019
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

2010-cu ildə keçirilmiş dünya dini liderlərinin I Bakı sammiti bariz şəkildə göstərdi ki, Yer üzündə sülh və əmin-amanlığın bərqərar olması naminə belə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib.

Noyabrın 14-15-də ölkəmizin “Bakı prosesi” çərçivəsində növbəti tədbirə – dünya dini liderlərinin II Bakı sammitinə ev sahibliyi edəcəyini xatırladan PA rəsmisi qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilmiş dünya dini liderlərinin I Bakı sammiti zamanın tələbindən doğan zərurət idi:

“Bu gün də ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi öz aktuallığını qorumaqdadır. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilib. Həmin sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçının qatılacağı gözlənilir. İştirakçılar arasında müxtəlif konfessiyalara mənsub yüksək rütbəli din xadimləri, o cümlədən fərqli ölkələrin dövlət və parlament nümayəndələri, alimlər, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb”.

E.Nəcəfov qeyd edib ki, dünya dini liderlərinin I Bakı sammitinin sivilizasiyalararası dialoqun inkişafı, müxtəlif dinlər və konfessiyalar arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə verdiyini artıq dünyanın bütün mütərəqqi dairələri etiraf edirlər.

Onun sözlərinə görə, bu sammitin qlobal əhəmiyyətini daha dərindən dərk etmək üçün dinin istər keçmişdə, istərsə də müasir dövrdə insanlığın taleyində oynadığı rolu mütləq təhlil etmək lazımdır:

“Belə ki, bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyil. İnsanlığın keçdiyi çətin, mürəkkəb, ziddiyyətli tarixi inkişaf yoluna nəzər yetirdikdə görürük ki, heç bir əsrdə, heç bir dövrdə dinsiz cəmiyyət mövcud olmayıb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3148050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR