Azərbaycan vətəndaşı Moskvada silah alverində ittiham olunur

Azərbaycan vətəndaşı Moskvada silah alverində ittiham olunur
14:42 13 Noyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva polisi odlu silahın qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 11-də hüquq-mühafizə orqanlarının əməkdaşları Semenovskaya sahilində dörd Azərbaycan vətəndaşı olan avtomobili dayandırıblar.

"Avtomobildə axtarışlar aparılıb. Axtarışlar zamanı avtomobilin oturacağının altında Makarov tapançasına bənzər iki silah, 20-yə yaxın güllə tapılıb. 1985-ci il təvəllüdlü sürücü Dağıstan sakininin adına qeydiyyata alınmış "Audi A6" markalı avtomobilinin sənədlərini təqdim edib. Şəxsi axtarış zamanı sürücünün şalvarının kəmərində daha bir silah aşkarlanıb", - deyə polisdən bildirilib.

Axtarışlar zamanı qanunsuz silah-sursat ələ keçirilib. Polis əməkdaşları tapança və sursatlarını xüsusi istintaqa göndəriblər.

Azərbaycanlıya silah alverinə görə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/801926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR