Şəmkirdə 13 yaşlı yeniyetmə özündən 2 yaş böyük gənci bıçaqlayıb

Şəmkirdə 13 yaşlı yeniyetmə özündən 2 yaş böyük gənci bıçaqlayıb
14:52 13 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda 15 yaşlı gənc bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib.
Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifov tərəfindən bıçaqlanıb.
Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağrı zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-13-yasli-yeniyetme-ozunden-2-yas-boyuk-genci-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR