Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub (FOTO)

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub (FOTO)
18:18 16 Yanvar 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”nın açılışı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qucurxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, televiziya kanalları, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, İbn-e-Xaldun akademiyasının rektoru Qazi Məhəmməd İmran, Təhsil nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri 20 Yanvar faciəsindən danışıb, Sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Javid Batti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pəncab əyalətinin Qucarxan bölgəsinin Sahal Xinger rayonunda inşa edilmiş “20 Yanvar Şəhidləri Bulağı” su təchizatı layihəsi barədə danışib və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığını bildirib.

Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 20 Yanvar faciəsinin təfərrüatlarından bəhs edib, həmin gün xalqımızın böyük faciə ilə üzləşsə də, özünün Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdiyini vurğulayıb.

D.Şikarov faciənin 25-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş su təchizatı layihəsinə “20 Yanvar Şəhidləri bulağı” adının verilməsini yüksək qiymətləndirib, buna görə Pəncab əyalətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR