30 yaşlı qadının mədəsindən çıxan kütlə görənləri təəccübləndirdi /Foto

Rusiyada 10 il boyunca saçlarını yeyən qadının mədəsindən böyük bir saç kütləsi çıxarılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, tibdəki adı Trafogy olan və xalq dilində "saç yemə" olaraq tanınan xəstəliyə yaxalanan 30 yaşlı qadın əməliyyat olunaraq mədəsindən böyük bir saç kütləsi çıxarılıb. Endoskopiya və cərrahiyə üsulu ilə aparılan əməliyyat zamanı kütlə fərqli bölgələrdən açılan dəliklərdən çıxarılıb. Kütlə halına gələn saçların uzunluğu 20 santimetrdən çox olub.

Adı açıqlanmayan 30 yaşlı qadının universitetdə təhsil aldığı zaman yaşadığı stres səbəbilə belə bir xəstəliyə yaxalandığı bildirilib. Əməliyyatla bağlı açıqlama verən həkim Boris Bolezorov isə xəstəliyin ölümə yol aça biləcəyini bildirib.

Bolezorov əməliyyatın çətin keçdiyini bildirərək xəstənin sağlamlıq vəziyyətinin yaxşı olduğunu deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR