“Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm”

“Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm”
15:12 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:

"Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsilə hansısa vəzifəyə yüksələ bilərlər. Çalışırlar ki, prestijli insanların əhatəsində yaşasınlar. Dostlarım həmişə sadə insanlar olub. Adlı-sanlı, vəzifəli şəxslərin övladlarından həmişə kənar gəzmişəm. Onlardan öyrənəcəyim yekəxanalıqdan başqa heç nə olmayıb. Yalnız sədaqətli, səmimi insanlarla münasibət qurmuşam. Bu, şəxsi və sənət həyatımda da belə olub".

Sənətçi musiqi sahəsindəki kommersiya mahnıları barədə də danışıb:

"Hamı dəbdə olan bir bəstəkara müraciət edəndə, hansı ki, onun musiqi savadı olmayıb. Mən not bilən bəstəkarlara müraciət etmişəm, onları məcbur etmişəm. Sənət aləmində "çörək" sözü var. O sözü eşidəndə düşünürəm ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Qara Qarayev sənət əsərlərini "çörəy"ə görə hazırlayıb?".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR