AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib
15:12 13 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi "Kəpəz" klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədovu 10 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, keçmiş futbol hakimi U-13 Liqasında “Azəri TİM” ilə matçın 15-ci dəqiqəsində aqressiv davranışlara görə cəzaya məruz qalıb.
Region Liqasında “Şirvanovka” klubunun futbolçusu Kamil Nurəhmədov "Uğur"la oyunda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. Eyni çempionatda çıxış edən "Babək"in oyunçusu Əli Sadıqov "Dübəndi" (Ordubad) ilə görüşdə hakimə qarşı qeyri-etik ifadələrə görə eyni sayda cəzaya məruz qalıb.
Gənclər Liqasında "Qəbələ"dən Əli Mürsəlov "Keşlə" ilə matçda eyni hərəkətləri təkrarlayıb və 4 oyunluq cəzalandırılıb. U-17 liqasında "Tufan"ın iki üzvü - Rəvan Quluzadə və İsgəndər Paşalı referini təhqirə görə analoji cəzaya məruz qalıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-kepez-in-numayendesine-10-oyunluq-ceza-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR