Əfqanıstanda prezident seçkilərinin nəticələri yenə də açıqlanmayıb

Əfqanıstanda prezident seçkilərinin nəticələri yenə də açıqlanmayıb
15:22 13 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstan Milli Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə noyabrın 14-nə təyin etdikləri açıqlamanı bir daha təxirə salıb.
“Report” “ToloNews”ə istinadən xəbər verir ki, Komissiyadan belə bir qərarın 8 min seçki məntəqəsində səslərin hesablanmasını əngəlləyən gərginlik”lə bağlı verildiyini bildiriblər.
Komissiyanın sözçüsü Əziz Əhməd İbrahimi bildirib ki, səslərin yenidən hesablanması namizədlərin şikayətlərini araşdırmaq üçün dayandırılmışdı.
Qeyd edək ki, sentyabrın 28-də keçirilən prezident seçkilərinin ilkin nəticələri oktyabrın 19-da, yekun nəticələri də namizədlərin bütün şikayətləri araşdırıldıqdan sonra - noyabrın 7-də açıqlanacaqdı. Sonra ilkin nəticələrin açıqlanması noyabrın 14-nə təyin edildi.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-prezident-seckilerinin-neticeleri-yene-de-aciqlanmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR