Gürcüstanın Milli Təhlükəsizlik Şurasına rəhbər təyin olunub

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına rəhbər təyin olunub
15:37 13 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria ölkənin Milli Təhlükəsizlik Şurasına sədr təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şuranın baş nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən ilk iclasında bildirilib.
Toplantıda ölkənin üzləşdiyi təhlükələr və regionda baş verən proseslər müzakirə olunub.
Kiber təhlükəsizlik, ərazi bütövlüyünə olan təhdidlər və işğal altında olan ərazilər məsələsinə xüsusi diqqət ayırılıb.
Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər müdafiə naziri olub. O, bu ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər təyin olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-milli-tehlukesizlik-surasina-rehber-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR