PFL-in prezidenti: "Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz"?

PFL-in prezidenti: "Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz"?
15:47 13 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Arzu edirəm ki, qalib layiqli komanda olsun və avrokubokda yaxşı çıxış etsin".
"Report" xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatma mərasimində deyib. 
Qurumun rəhbəri yarışa cəmi 12 komandanın qatılmasına belə münasibət bildirib: "Azərbaycan Kubokunda 12 komandanın olması nə məndən, nə də jurnalistlərdən asılıdıır. Heç bir klubu yarışa qatılmağa məcbur etmək olmaz. Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz? (gülür - Ş.Q.) Klublarımızın hamısına uğurlar arzulayıram".
R.Musayev Azərbaycan Kubokuna Region Liqasında çıxış edən klubların heç birinin qatılmaq üçün müraciət etmədiyini vurğulayıb: "Həvəskar komandaların yarışa qatılmaları əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır olmuşuq". 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pfl-in-prezidenti-klub-gelmek-istemirse-menden-ne-isteyirsiniz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR