Vaqif Əsədovdan açıqlama:

Xəstəxanaya yerləşdirilən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hazırda özünü yaxşı hiss edir.

Mətbuat.az bildirir ki, səhhəti ilə əlaqədar açıqlama verən polkovnik sabah evə buraxılacağını bildirib:

“Yaxşıyam. Sabah iş başında olacam”.

Polkovnik zarafatından da qalmayıb:

“Mənə görə narahat olmayın, qohum-əqrəbaya, hamıya da deyin ki, soyuqdan özlərini qorusunlar. Adama nə olur, elə soyuqdan olur. Həkimlər də nə deyəcək ki? Ya sağaldacaqlar, ya da öldürəcəklər”.(yenicag.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR