"41 il sevgi qalar? Gülü ilə qardaş-bacıyıq"

"41 il sevgi qalar? Gülü ilə qardaş-bacıyıq"
17:05 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ad gününü "Şou ATV" verilişində keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gitara ifaçısının həyat yoldaşı gülü xanım canlı efirdə onunla bağlı açıqlama verib. Onun "Biz Rəmişlə dostuq, dost sevgisi etiraf edərəm. Onunla qayalar aşıb, dərələr keçmişik. 41 ildə başıma 41 daş dəydi" sözləri studiyadakıları da güldürüb.

Rəmiş isə "Gülü ilə qardaş-bacıyıq. 41 il sevgi qalar?" cavabını verib.

Övladları olmaması ilə bağlı suala isə Gülü "Rəmiş məni atıb getdi. Qayıdanda isə gec oldu" sözləri ilə münasibət bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR