Rusiyalı ekspert: Neftin ucuzlaşması ehtimalı ABŞ-Çin ticarət müharibəsi ilə bağlıdır

Rusiyalı ekspert: Neftin ucuzlaşması ehtimalı ABŞ-Çin ticarət müharibəsi ilə bağlıdır
17:07 13 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci ilin birinci yarısında dünya bazarında neftin qiymətləri 60 dollar/barel ətrafında dəyişəcək.
Bunu “Report”a rusiyalı ekspert, Moskva İdarəçilik Məktəbinin eksperti Ekaterina Qruşevenko bildirib. O, neftin qiymətinin dəyişməsi proqnozu ilə bağlı səbəblər arasında dünya iqtisadi artımına dair mənfi proqnozları, o cümlədən ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsini misal göstərib.
“2020-ci ilin birinci yarısında ABŞ-ın Permian hövzəsindən şist neftin nəqli ilə bağlı yenə də çətinliklərlə üzləşəcəyi gözlənilir. Bununla yanaşı, OPEC+ ölkələri də neftin qiymətlərini saxlamaq üçün kvotaları artırmağa hazır olduqlarını bildirirlər”, – deyən ekspert üstəlik də neft hasilatının ən sürətli artdığı Braziliyanın qeyri-rəsmi də olsa OPEC+ üzvü olmağa razılıq verməsinin də neft qiymətlərinə təsirsiz ötüşməyəcəyini dilə gətirib.
Qeyd edək ki, ekspertlər 2020-ci ildə bütün dünyada neftin ucuzlaşacağı barədə proqnoz verir.
Nüfuzlu beynəlxalq təşkilatların proqnozlarını nəzərə alan Azərbaycan hökuməti 2020-ci ilə dövlət və icmal  büdcədə neftin bir barelinin qiymətini 55 dollar səviyyəsində nəzərdə tutub, 2019-cu il üzrə isə bu göstərici 60 dollar olub.
Rusiya energetika naziri Aleksandr Novak oktyabr ayında neftin 50 dollar səviyyəsindəki qiymətini ədalətli saydığını bildirmişdi. ABŞ Enerji Departamentinin saytında yerləşdirilən yaxın gələcəyə dair proqnoza görə, 2020-ci ilin ikinci rübündə “Brent” markalı neftin qiyməti 57 dollar təşkil edəcək. Buna səbəb olaraq dünya neft ehtiyatlarının artması göstərilir. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə “Brent” markalı neftin orta illik qiymətini 57,94 dollar, Dünya Bankı isə 58 dollar səviyyəsində gözləyir.
Bununla belə, ABŞ ekspertləri sonrakı dövrdə qiymətin 62 dollaradək artacağını da istisna etməyiblər.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiyali-ekspert-neftin-ucuzlasmasi-abs-cin-ticaret-muharibesile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR