Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək

Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
17:22 13 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidəçilər göndərəcək.
Bunu “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürüstan MSK-nın mətbuat katibi Ana Mikeladze deyib. 
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan MSK-dan artıq dəvət alıb: “Gürcüstan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Azərbaycandakı bələdiyyə seçkilərini mütləq müşahidə edəcəklər. Azərbaycana neçə müşahidəçinin göndəriləcəyi barədə hələlik qərar qəbul edilməyib”.
Qeyd edək ki, ötən gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bələdiyyə seçkilərində müşahidəçilərin iştirakı ilə bağlı 15 ölkənin MSK-sına dəvətlər göndərildiyini bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gurcustan-azerbaycana-musahideciler-gonderecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR