Millət vəkilindən nazirə MÜRACİƏT: Bu şəxslərə ictimai nəqliyyat pulsuz olsun

Millət vəkilindən nazirə MÜRACİƏT: Bu şəxslərə ictimai nəqliyyat pulsuz olsun
17:23 13 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Deputat Elmira Axundova pensiyaçıların ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təklif edir.

Publika.az xəbər verir ki, deputat bu təklifini Milli Məclisdə irəli sürüb.

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib: "Mən başa düşürəm ki, bu, bilavasitə sizin məşğul olacağınız məsələ deyil. Amma siz ictimai nəqliyyatın təqaüdçülər üçün pulsuz olması haqda təşəbbüs irəli sürə bilərsiniz".

Xanım deputat əlavə edib ki, belə bir təcrübə Rusiya və Avropa ölkələrində tətbiq edilir: "Yəni orada təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Nəzərə alaq ki, yaşlı vətəndaşlarımızın təqaüddən başqa gəlir yeri yoxdur. Əgər onlar növbəti ildən nəqliyyatdan pulsuz istifadə etsələr, bu onlara əsl yeni il hədiyyəsi olardı".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/296019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR