İngiltərə millisi 1000 oyuna çatan ilk komanda olacaq

İngiltərə millisi 1000 oyuna çatan ilk komanda olacaq
17:47 13 Noyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-də AVRO-2020-nin seçmə oyununda Montoneqronu qəbul edəcək İngiltərə yığması rekorda imza atacaq.
"Report" xəbər verir ki, Qaret Sautqeytin baş məşqçi olduğu kollektiv 1000 oyun keçirən ilk milli komanda kimi tarixə düşəcək. "Uembli" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
İngiltərə yığması əvvəlki 999 oyundan 568-də qalib gəldiyi halda, 241 dəfə uduzub. 190 qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, milli komandalar arasında ilk rəsmi oyun 147 il öncə keçirilib. 30 noyabr 1872-ci ildə reallaşan Şotlandiya - İngiltərə qarşılaşmasında hesab açılmayıb. İngilislərin ən böyük uğuru DÇ-1966-nın qalibi olmalarıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-millisi-1000-oyuna-catan-ilk-komanda-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR